PAOK - "Olimpiakos" matçında maraqlı hadisə
Yunanıstan ölkə kubokunda yarımfinal mərhələsinin PAOK - "Olimpiakos" cavab qaşılaşması azarkeşlərin qalmaqalı ilə yadda qalıb.
Sportal.az xəbər verir ki,oyun başlamamışdan öncə PAOK azarkeşləri "Olimpiakos"un ehtiyyat skamyasına tribunadakı oturacaqları sındırıb atıblar. Bu azmış kimi, çılğın azarkeşlər rəqibə təzyiq göstərmək üçün tribunaları fakel və digər alışdırıcı maddələrlə yandırıblar. Sanki stadion "Olimpiakos"a cəhənnəmi xatırladıb. Bütün bunlara baxmayaraq, hakimlər cavab matçının keçirilməsini təmin edib. Matçın 5-ci dəqiqəsində Atanasiadis Stefanosun vurduğu qol PAOK-u finala daşıyıb.
Qeyd edək ki, "Olimpiakos" ilk qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi