Xose Karlos: "Belə zədələrin bərpası ən azı üç ay çəkir"
“Monako” klubunun hücumçusu Radamel Falkao zədə səbəbindən komandasına xeyli müddətdir kömək edə bilmir.
Sportal.az xəbər verir ki, kolumbiyalı forvard yanvarın 22-də Fransa kubokunda “Mona” komandası ilə qarşılaşmada rəqib müdafiçıylə toqquşmada çarpaz bağları qırılıb. Üç gün sonra Portoda uğurlu əməyilat keçən futbolçunun hazırkı vəziyyəti hamını maraqlandırır. Üç aydır ki, zədəsini müalicə edən kolumbiyalı ulduzun Braziliyaya gedib-getməyəcəyi sual altında idi.
Futbolçunun xüsusi həkimi Xose Karlos isə buna aydınlıq gətirib:
“Düşünürəm ki, Falkao dünya çempinatına qədər hazır olacaq. Belə zədlərin bərpası ən azı üç ay çəkir. Ola bilsin ki, futbolçu yüz faiz istənilən formanı yığmasın, ancaq vaxt keçdikcə özünə gələcək”.
saytlarin hazirlanmasi