Rio-de-Janeyroda rəqqas öldürüldü
Braziliyada futbol üzrə dünya çempionatının start götürməsinə iki aydan az vaxt qalıb.
Sportal.az xəbər verir ki, mundial öncəsi Cənubi Amerika qitəsində vəziyyət heç də ürəkaçan deyil. Tanınmış rəqqas Rafael da Silva Pereyranın ölümü Rio-de-Janeyroda qalmaqala səbəb olub. Rəqqası narkotik maddələr alveriylə məşğul olanlarla səhv salan polislər onu qətlə yetiriblər. Pereyranın qətlinə dözə bilməyən fanatları əlinə silah götürərək küçələrə axışıblar. Ötən gün gecə rəqqasın tərafdarları ilə polislər arasında silahlı toqquşma baş verib. İnsident bir nəfərın yaralanmasına digərinin isə həyatına son qoyub. Dünya çempionatının beş oyunu və kubokun final qarşılaşması Rio-de-Janeyroda yerləşən “Marakana” stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi