Suares göz yaşlarını saxlaya bilmədi VİDEO

12:01 - 6 May 2014

"Kristal Palas" "Liverpul"u yasa batırdı
 
İngiltərə Premyer Liqasında “Kristal Palas” – “Liverpul” matçında qeydə alınan heç-heçə (3:3) qonaq komandaya çempionluq yolunda ağır zərbə olub.
 
Sportal.az xəbər verir ki, oyun başa çatan kimi  “Liverpul”un hücumçusu Luis Suares göz yaşlarını saxlaya bilməyib. Uruqvaylı futbolçunu komandanın kapitanı Stiven Cerard sakitləşdirməyə çalışıb. 55-ci dəqiqəyə qədər hesabda 3:0 irəlidə olan “Liverpul” 9 dəqiqə ərzində qapısında üç qol görüb.
 
37 oyundan 81 xal toplayan “mersisaydlılar” birinci pillədə qərar tutsa da, liderlik mövqeyini itirmək təhlükəsi çoxdur. Çünki 36 oyundan 80 xala malik olan “Mançester Siti”nin  ehtiyatda “Avton Villa” ilə evdə oyunu var. Hətta xallar eyni olacağı halda daha çox top vuran “şəhərlilər” çempionluğu bayram edəcəklər. 

Xəbər xətti