Pilar Rubio: "Əvvəlcədən belə qərar vermişdim ki, uşağa Serxio Ramosun atasının adını qoyacağam”
“Real” klubunun müdafiəçisi Serxio Ramos Madriddə xoş günlərini keçirir.
Sportal.az xəbər verir ki, son vaxtlar “Kral klubunun” uğurlarında böyük əməyi olan futbolçu üçün mayın 6-sı əlamətdar gün kimi yadda qalacaq. Həmin gün saat 19:43-də Serxio Ramos ilk dəfə ata olub. Tanınmış teleaparıcı və model Pilar Rubio ispaniyalı futbolçuya bir oğul bəxş edib. Rubionun sözlərinə görə, uşağa Serxio Ramosun atasının adını qoyacaq:
“Bu sevinci biz hamıyla paylaşırıq. İlk dəfədı hər ikimiz bu həyacanı yaşadıq. Özümü gümrah hiss edirəm və uşağın vəziyyəti də yaxşıdır. Əvvəlcədən belə qərar vermişdim ki, uşağa Serxio Ramosun atasının adını qoyacağam”.
saytlarin hazirlanmasi