Brazilyada etiraz dalğası

02:15 - 1 İyun 2014

"Əgər xalq ac-yalavac vəziyyətində yaşayırsa, bizə belə futbol bayramı lazım deyil"
 
Braziliyada futbol üzrə dünya çempionatının startına iki həftədən də az bir vaxt qalıb.
 
Sportal.az xəbər verir ki, mindialın başlanması ilə əlaqədar ölkədə bayram yaşanması əvəzinə mitinqlər keçirilir. Əslində futbol ulduzları ilə dünyaya səs salan braziliyalılar indi şəhərin küçələrinə çıxaraq dünya çempionatının keçirilməsinə etiraz edirlər.
 
Sinelandiya. Rio-de-Janeyronun mərkəzində yerləşən meydan belə adlanır. Vaxtilə bu meydanda dəfələrlə aksiyalar keçirən xalq iradını hakimiyyətə bildirib. DÇ-2014 final mərhələsi ərəfəsində yenidən xalq  etiraz edirr.Əslində braziliyalılar futola sevgisi hədsizdir. Lakin yoxsulluq və əzab içində yaşyan nsanlar indi ölkədə möhtəşəm futbol turnirinin keçirilnəsinə “yox” deyirlər.
 
Mitinqə toplaşanların əksəriyyətinin dünya çempionatı ilə bağlı fikirləri belədir: Bu dünya çempionatı bizə deyil, elit təbəqəyə lazımdır. Onlar bizim hesabımıza dünya çempionatı keçirirlər. Hakimiyyət nümayəndələri şəhərdə abadlıq işlərinin gedəcəyini və əhalinini sosial durumunun yaxşı olacağını söz vermiçdi. Lakin hökümət dediyinə əməl etmədi. Əgər xalq ac-yalavac vəziyyətində yaşayırsa, bizə belə futbol bayramı lazım deyil. Məhz bu səbəbdən də bütün insanlar küçələrə axışaraq etirazını bildirir. Belə dünya çempionatı bizə lazım deyil”. 
Meydana toplaşan insanlar dünya çempionatında milli komandalarını dəstəkləmək üçün Braziliyaya gələn azarkeşləri də mitinqə qatılmağa səsləyiblər.  

Xəbər xətti