"Ötən həftə 4 it gətizdirmişəm ki, Ronaldoya cadu edim"

02:19 - 5 İyun 2014

 Ronaldo DÇ-2014-də oynaya bilməyəcək?
 
Xarici mətbuatda olduqca maraqlı məlumat yayılıb. Bildiyiniz kimi, Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo hazırda zədəsinin müalicəsiylə məşğuldur. Futbolçu ümumi qrupla məşq etsə də, hələlik meydana çıxmağa hazır deyil.  Portuqaliya Futbol Federasiyası Ronaldonun əzələsində və dizaltı bağlarında promlemin olduğunu bəyan edib.

 
Sportal.az
xəbər verir ki, Qanada yaşayan cadugər isə Kriştianonun son vaxtlar səhhətində yaranan problemlərin əsas səbəbkarı olduğunu deyir. Nana Kvaku Bonsa ölkəsində çox tanınan bir cadugərdir. Hələ fevral ayında o, demişdi ki, Ronaldonun mundiala getməməsi üçün, ən azından Qanaya qarşı oynamaması üçün əlindən gəl%9lindən gələni edəcək. Bu gün isə Nana daha bir açıqlama verib: "Ronaldonun zədəsinin haradan yarandığını bilirəm, bunun üzərində çalışıram. Ötən həftə 4 it gətizdirmişəm ki, ona cadu edim.

 
4 ay bundan əvvəl demişdim ki, Kriştianonun mundiala getməsinə imkan verməyəcəm. Onun zədəsini heç bir həkim sağalda bilməyəcək. Onlar bunun səbəbini belə tapmayacaqlar. Bu gün Ronaldonun dizi ağrıyır, sabah başqa yerində problem yaranacaq, daha sonra başqa yerində. Nəzərə alın ki, tam ciddiyəm".
 

Xəbər xətti