Rumıniyanın ən məşhur idmançılarından biri indi zəngin müştərilərə "xidmət" göstərməklə, fahişəliklə məşğuldur.
Sportal.az xarici ölkə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı Florikanın dediyinə görə, idmanla müqayisədə yeni peşəsində daha çox pul qazanır.
Florika Leonida Almaniyada "Saşa Braun" ləqəbi ilə "işləyir" və bir gecəlik "eşq" üçün müştəridən 1500 avro alır.
"2003-cü ildəki Avropa çempionatında gümüş medal qazanandan sonra karyeram sürətlə inkişaf etdi. Amma gimnastikada uğurlarıma rəğmən, pula kəskin ehtiyacım vardı. Ona görə də pullu müştərilərlə gecələr birlikdə oluram. Qazandığım pulun yarısını Rumıniyadakı ailəmə, yarısını da burada, Almaniyada pal-paltara və kosmetikaya xərcləyirəm. İşimə görə də əsla utanmıram", - Florika Leonida deyib.
Sabiq gimnastın dediyinə görə, Almaniya ilə yanaşı, Avstriyanın paytaxtı Vyanadakı "Crazy Sun" bordelində "çalışır".