Kseniya Kovalenko: "Onun baş məşqçiliyi altında Rusiya millisi mundialda uğur qazanacaq"
Futbol üzrə qadınlardan ibarət Rusiya milli komandasının üzvü Kseniya Kovalenko DÇ-2014-ə yollanan yığmaya dəstək olub.
Sportal.az xəbər verir ki, 1995-ci il təvəlüdlü əslən qazaxıstanlı olan Kseniya 8 yaşında futbola başlayıb. Kseniyanı küçədə futbol oynayan görən mütəxəssislər onu Rusiya millisinə dəvət ediblər. Mütəmadi yığmanın heyətinə cəlb olunan Kseniya mundialda mübarizə aparacaq Rusiya millisinin uğur qazanacağını deyib:
"Fabio Kapello güclü məşqçidir. Onun baş məşqçiliyi altında Rusiya millisi mundialda uğur qazanacaq. Coxları bizim komandanı favoritlər arasında görmür. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya seçmə mərhələdə Portuqaliya kimi güclü yığmanı qabaqlayıb qrupu lider kimi başa vurub. Ona görə də milli komandamızın qrupdan növbəti mərhələyə çixacağına inanıram Mən də futbolçu kimi milli komadamıza birbaşa tirbunadan dəstək verəcəyəm".
saytlarin hazirlanmasi