Siyahıda iki futbolçu var
Forbes dünyanın ən yüksək ödənişli idmançılarının siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, son 12 ayın yekunlarına əsasən tərtib olunan reytinqə Floyd Meyvezer liderlik edir. Amerikalı boksçu son 12 ay ərzində 105 milyon dollar qazanıb. Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 80 milyon dollarlıq qazancla ikinci, basketbolçu Lebron Ceyms isə 72,3 milyon dollarlıq gəlirlə 3-cü sırada qərarlaşıb.
Floyd Meyvezer (boks) - 105 milyon
K. Ronaldo (futbol) - 80
Lebron Ceyms (basketbol) - 72,3
Lionel Messi (futbol) - 64,7
Kobe Brayant (basketbol) - 61,5
Tayger Vuds (qolf) - 61,2
Roje Federer (tennis) - 56,2
Fil Mikelson (qolf) - 53,2
Rafael Nadal (tennis) - 44,5
Mett Rayan (Amerika futbolu) - 43,8
saytlarin hazirlanmasi