20 yaşlı xanımı otelə kim qonaq gətirib?
Xorvatiya millisinin üzvlərinin təlim-məşq bazasında çılpaq şəkildə paparasiyaların obyektivinə tuş gəlməsi mundialda böyük əks-səda doğurdu. Bu olayın ardından daha bir milli komandanın düşərgəsində maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, İngiltərə yığmasının məskən saldığı Rio otelində qız peyda olub. 20 yaşlı qarabəniz gənc xanım otelin eyvanına çılpaq çıxıb. Xanımları ilə birgə qalan qızı otelə qonaq edən futbolçunun adı hələ ki açıqlanmır. İngiltərə millisinin baş məşqçisi Roy Hocson məsələylə belə münasibət bildirib:
“Əvəllər belə hadisə baş versəydi, qadının komandaya zərər vurduğunu demək olardı. İndi isə vəziyyət başqadır. Müasir futbolda peşəkarlıq böyük önəm daşıyır. Ona görə də futbolçu fiziki formanı qorumalıdır. Hər halda futbolçular orqanizmə nəyin ziyan nəyin xeyirli olduğunu daha yaxşı bilirlər”.
saytlarin hazirlanmasi