Sportal.az xəbər verir ki, bir qrup çilili azarkeş stadionda ixtişaş törədib. Stadionun qazonuna daxil olmaq istəyən azarkeşlərin qarşısını təhlükəsizlik qüvvəsinin əməkdaşları alıblar. Bundan sonra təxminən 100-ə yaxın fanat stadionun mətbuat mərkəzinə hücum edib. Fanatlar mərkəzin inventarını dağıdaraq, stadiona ciddi ziyan vurublar. Polisin müdaxiləsindən sonra bir neçə azarkeş həbs olunub.