DÇ-2014-də kədərli anlar: Futbolçu atasının ölüm xəbərini eşitdi FOTO

00:50 - 20 İyun 2014

Di göz yaşlarına sahib çıxa bilmədi
 
DÇ-2014-ün C qrupunda Kolumbiya ilə matçdan öncə Fil Dişi Sahili millisinin futbolçusu Serey Di ölkəsinin himni çalınanda ağlayıb.

Sportal.az xəbər verir ki, Di oyundan iki saat əvvəl atasının ölüm xəbərini öyrənib və buna görə də himn çalınan zaman göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Kolumbiya - Fil Dişi Sahili oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Xəbər xətti