Kosta-Rikada səmimi görüntülər: Ölkə başçısı İtaliya üzərində qələbədən sonra azarkeşlərə qoşularaq qaçıb FOTOLAR

15:37 - 21 İyun 2014

Solisin sevinc anları
 
Dünən baş tutan İtaliya yığması ilə oyun Kosta-Rikada yerli vaxtla səhər saat 10-da başlayıb.
 
Sportal.az xəbər verir ki, Uruqvayla oyundakı qələbədən təsirlənən ölkə başçısı Gilyermo Solis vətəndaşların oyuna rahat baxması üçün həmin gün iş vaxtının saat 12:00-da başlamasına qərar verib. İtaliya üzərində qələbəyə isə Solis o qədər sevinib ki, küçələrə axışan azarkeşlərə qoşularaq şəhərboyu qaçmağa başlayıb.
 
Qeyd edək ki, Kosta-Rika yığması "ölüm qrupu"nda möcüzəni həyata keçirərək, Uruqvayı 3:1, İtaliyanı isə 1:0 hesabı ilə məğlub edəərk 1/8 finala vəsiqəni təmin edib.
 

Xəbər xətti