Sportal.az xəbər verir ki, keçən il Messi və onun atası Xorxe 2007-2009-cu illərdə 4,1 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham ediliblər. Həmin ilin avqust ayında onlar təqribən 5 milyon avro ödəyiblər. Bu, ödənilməmiş vergi məbləğinin faizlə birlikdə cəminə ekvivalentdir. Lakin Messi bundan əlavə, həmin məbləğin 65 faizi həcmində (2,7 milyon avro) cərimə ödəməlidir.
Vergi orqanları ilə əldə edilmiş razılaşmaya əsasən, argentinalı futbolçu 2010-2012-ci illərdə onun tərəfindən yol verilmiş pozuntulara görə qarşıdakı 5 il müddətində daha 25 milyon avro ödəyəcək.
Futbolçu vergi pozuntularına yol verməsini bilmədiyini söyləyib. Məhkəmə bunu nəzərə alaraq, keçən həftə Messinin cinayət məsuliyyətindən azad edilməsi barədə qətnamə çıxarıb.