Suares bundan əvvəl də Hollandiya və İngiltərə çempionatlarında rəqibi dişləməsi ilə məşhurdur. O, “Çelsi”nin oyunçusunu dişlədiyi üçün 10 oyunluq diskvalifikasiya da olunub. Bu dəfə isə onu daha ciddi cəza gözləyə bilər.
Kellini isə oyundan sonra dişlənməsi epizodu ilə bağlı danışaraq, Suaresi əclaf adlandırıb: “Suares əclafdır. Onun etdiyi hərəkət belə qalmayacaq. FİFA ulduzların dünya çempionatında oynamasını istəyir. Görək videosübutu istifadə edə biləcəkləri qədər cəsarətləri çatacaqmı?. Həmin epizodu hakim də gördü. Amma heç nə etmədi. Hər şey göz önündə idi. O məni dişlədi. Sonra isə etməməli olduğu hərəkəti etdiyini başa düşərək, özünü yerə yıxdı. Hakim hər şeyi həll etdi. Markizionun qırmızı vərəqəsi də mənim dişləndiyim kimi absurd idi. Hakimlər böyük oyunçuları qoruyurlar. Amma belə davam edə bilməz”.
Qeyd edək ki, FİFA artıq epizodla bağlı araşdırmaya başlayıb. Bəzi məlumatlara görə, Suares 2 il müddətinə diskvalifikasiya oluna bilər.