Norveç sakini matç zamanı Uruqvay yığmasının oyunçusu Luis Suaresin rəqib komandanın oyunçularından birini dişləyəcəyinə pul qoyub.
Sportal.az xəbər verir ki, Suaresin rəqib komandanın oyunçularından birini dişləməsinə 175 əmsal verilib. Norveçli isə buna 32 kron (təxminən 5 dollar) pul qoyub, 5600 kron (təqribi 900 dollar) pul udub.
Qeyd edək ki, iyunun 24-də keçirilən İtaliya-Uruqvay oyununda uruqvaylı futbolçu Luis Suares rəqib komandanın oyunçusu Corc Kiellinin çiynini dişləmişdi. Matç 0:1 hesabı ilə Uruqvay yığmasının xeyrinə başa çatmışdı.