Cəzalı futbolçu ölkəsinə qayıdıb
Uruqvay millisinin futbolçusu Luis Suares ölkəsinə qayıdıb.
Sportal.az xəbər verir ki, DÇ-2014-də İtaliya ilə görüşdə rəqibin futbolçusu Corcio Kyellinini çiynini dişlədiyi üçün doqquz matçlıq cəzalandırılan və dörd ay futbol oynaması qadağan edilən hücumçuya uruqvaylı azarkeşlər dəstək çıxıb. Xeyli sayda azarkeş gecə vaxtı hava limanında L.Suaresi gözləyib. Qeyd edək ki, Uruqvay Futbol Federasiyası və "Liverpul" FİFA-nın hücumçuya verdiyi cəzaya etiraz edəcək.
saytlarin hazirlanmasi