“Luisin başına nə oyun gətirildiyini hamı bilir. Onlar istəyirdilər ki, Luis dünya çempionatını tərk etsin. Onlar istəklərinə çatdılar. Onu it kimi qovdular. Mənim fikrimcə, bunu qəsdən ediblər. Hesab edirəm ki, insanla bu cür rəftar etmək vəhşilikdir, axı, hamı hər şeyi gördü.Mən nəvəmi çox sevirəm, xahiş edirəm məndən bu barədə daha heç nə soruşmayın”.
Xatırladaq ki, Suares 2014-cü il dünya çempionatında İtaliya komandası ilə matç zamanı bu komandanın oyunçusu Corco Kellinini dişlədiyinə görə milli komandanın doqquz matçında iştirak etmək hüququndan məhrum edilib və dörd ay müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən kənarlaşdırılıb. Bundan əlavə, hücumçu 100 min İsveçrə frankı məbləğində cərimə ödəməli olacaq.