Gənc futbolçu 6-cı qolunu vurdu
DÇ-2014-də dünən oynanılan Braziliya - Kolumbiya matçında maraqlı məqam yaşanıb.
Sportal.az xəbər verir ki, ev sahibi komandanın 2:1 hesablı qələbə qazandığı matçda, Kolumbiyanın yeganə qolunun müəllifi Xames Rodrigez penalti zərbəsini yerinə yetirərkən qolunda olan çəyirtkəni görməyib. O elə DÇ-dakı 6-cı qolunu da "çəyirtkəli" vurub, Rodrigez bu qolla da DÇ-2014-ə əlvida deyib. O, 2002-ci ildəki DÇ-da braziliyalı Ronaldodan sonra mundialda 5 qoldan çox qol vuran ikinci oyunçu olub.
saytlarin hazirlanmasi