Sportal.az xəbər verir ki, Hollandiya milli komandasından qaldığı oteli boşaldılması istənilib. Hollandiya Futbol Federasiyası bu qərara etiraz etsə də nəticəsiz qalıb. Buna səbəb isə, FİFA sponsorlarının Braziliyaya səfər etməsi və həmin oteldə məskunlaşmasıdır.
Qeyd edək ki, 2010-cu ildə də eyni hadisə hollandların başına gəlmişdi.