Sportal.az xəbər verir ki, dünən DÇ-2014-ün yarımfinalında Braziliyaya qarşı keçirilən oyunda komandasının ikinci qolunun müəllifi Kloze dünya çempionatları final mərhələlərinin tarixində ən çox qol vuran futbolçu olub.
O, 23-cü matçında 16-cı qolunu vurmaqla 15 dəfə fərqlənən braziliyalı Ronaldonun rekordunu yeniləyib.