Sportal.az xəbər verir ki, o, bu gün satışa çıxan avtobioqrafiyasında Ronaldoya hamilə qaldığı vaxtlarda abort etdirmək istədiyini yazıb. Ancaq həkimlər bu prosedurun olmasına razılıq verməyiblər:
"Körpədən qurtulmaq üçün isti pivə içmiş və çoxlu qaçmışdım. Ancaq heç cür istəyimə nail ola bilmədim. Abort etdirmək istəyəndə isə həkimlər buna icazə vermədilər".
D.Aveyro Ronaldonun da uşaqkən ona sevgisi olmadığını, lakin sonradan hər şeyin qaydasına düşdüyünü qeyd edib.