Futbolçu oteldə ölü tapıldı

19:03 - 25 İyul 2014

"Çelsi"nin sabiq futbolçusu Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb
 
23 yaşlı futbolçu Cordan Tabor Antalya şəhərində bir otelin 3-cü mərtəbəsindən yıxılıb. İngiltərə mətbuatında yayılan məlumata görə, Tabor tətil üçün Antalyaya getmişdi. 
 
Sportal.az xəbər verir ki, Taborun səhər saat 6-da otel işçiləri tərəfindən cansız bədəni aşkarlanıb. Gənc oyunçunun eyvandan düşdüyü zənn edilir. 
 
"Çelsi" klubu hadisə ilə bağlı başsağlığı verib: "Klubumuzdakı hər kəs bu ölüm xəbəriylə böyük bir şok keçirib. Hər birimiz dərin bir kədər hissi yaşayırıq. Bütün ürəyimiz sabiq futbolçumuzun ailəsi və yaxınlarıyla birlikdədir", - deyə klubdan bildirilib. 

Xəbər xətti