Lozannada məhkəmə prosesi keçirilib
İdman Arbitraj Məhkəmisinin (CAS) mətbuat xidməti məlumat yayıb. Sportal.az xəbər verir ki, məlumatda “Barselona” və Uruqvay millisinin hücümçusu Luis Suareslə bağlı qərarın gələn həftənin sonuna qədər açıqlanacağı bildirilib.
Bu gün Lozannada məsələ ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəməyə yarım saat əvvəlcədən gələn Suaresi şəxsi vəkili Alexandro Balbi və Uruqvay Futbol Federasiyasının cəlb etdiyi hüquqşünsalar müşaiyət ediblər. Proses bağlı qapılar arxasında keçib.
Əgər qurum Suareslə bağlı müsbət qərar çıxarmasa, o, yalnız oktyabrın 26-da “Real”la oyunda yaşıl meydanlara qayıda biləcək. İndiki halda FİFA ona “Barselona”da komanda yoldaşlarıyla məşqə çıxmağı da yasaqlayıb.
Qeyd edək ki, Suares DÇ-də İtaliya millisinin futbolçusu Corco Kyellinin qulağını çişlədiyinə görə 4 ay futboldan uzaqlaşdırılıb.
saytlarin hazirlanmasi