Braziliyalı ulduz bu dəfə özü "tələyə" düşdü
Yayda “Milan”ı tərk edən braziliyalı ulduz Kaka ölkəsinə üz tutub.
Sportal.az xəbər verir ki, “Sao Paulo”da forma geyinən Kaka “İnternaçional”la oyunda rəzil günə düşüb. Adətən aldadıcı drinblinqləri ilə rəqib futbolçuların başına “oyun” açan Kaka bu dəfə özü “tələyə” düşüb.
Belə ki, epizodların birində braziliyalı ulduzla üz-üzə qalan Rafael Mourada topu Kakanın ayaqları arasından atıb. “İnterbasional”lı futbolçunun aldadıcı hərəkəti operatorların obyektivindən qaçmayıb.
Qeyd edək ki, bu qarşılaşmada “Sao Paulo” “İnternasional”a 1:0 hesabı ilə qailb gəlib,
saytlarin hazirlanmasi