Avropada oyun alqı-satqı qalmaqalı

18:44 - 24 Avqust 2014

Danimarkada araşdırmalar aparılır 
 
Danimarka futbolunda oyun alqı-satqısı ilə bağlı qalmaqal baş verib.
 
Sportal.az xəbər verir ki, 2010/11 mövsümündə ölkənin birinci liqasında keçirilmlş bir sıra oyunlarda alqı-satqı olduğu üzə çıxıb. Əsasən də oyun alqı-satqısında birinci dəstədə mübarizə aparan "Hvidovre" klubunun adı hallanır.
 
Həmin il "Hvidovre" "Hyorrinq"ə 4:2, ardından "Veyle"yə 5:0 hesabı ilə məğlub olub. Adıçəkilən komandanın iki oyununa pul qoyuluşundan 6 nəfər 900 min kron (120 min avro) qazanc əldə edib. Bundan başqa Fillipin ölkəsindən bir nəfər "Hvidovre"nin oyunundan 3 milyon kron qazandığı məlum olub. Danimarka hüquq mühafizə orqanları məsələni yerli futbol qurumu ilə araşdırmağa başlayıb.     

Xəbər xətti