Ebossenin ölümüylə bağlı araşdırma aparılır
“Kabilii” komandasının hücumçusu Alberta Ebossenin ölümüylə bağlı Əlcəzair Futbol Federasiyası futbolçunun ailəsinə təzminat verəcək.
Sportal.az xəbər verir ki, bir neçə gün əvvəl oyunda azarkeşin atdığı daş kamerunlu forvardın həyatına son qoyub. Başından ciddi xəsarət alan futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onu həyata qaytara bilməyiblər.
Əlcəzair Futbol Federasiya rəhbərliyi Alberta Ebossenin vəfatı ilə onun yaxınlarına başsağlığı verib. Futbol qurumu mənəvi dəstəklə yanaşı kamerunlu futbolçunun ailəsinə 100 min dollar təzminat verib. Kamerunlu hücumçunun vəfatı ilə əlaqədar hüququ mühafizə oraqanları araşdırma aparır.
saytlarin hazirlanmasi