Mişel Platini FİFA prezidenti olmaq istəmədi

15:22 - 28 Avqust 2014

Frasalı ulduz UEFA-da qalmağı üstün tutdu
 
2015-ci ilin mayında FİFA-da növbəti prezident seçkiləri keçiriləcək.
 
Sportal.az xəbər verir ki, beynəlxalq qurumun prezident postuna UEFA rəhbəri Mişel Platinin də iddialı olduğu müzakirə olunurdu. Fransalı ulduzun qarşıdakı seçkilərdə FİFA prezidentliyinə namizədliyi irəli sürüləcəyi gözlənilirdi. Avropa futbol qurumunun rəhbəri FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib. 
 
Qeyd edək ki, FİFA-nın hazırkı rəhbəri Zepp Blatterin də bu günə qədər prezident seçkilərinə namizədliyi irəli sürülməyib.      

Xəbər xətti