Argentinalı futbol ulduzunun həyatı təhlükədə

17:01 - 28 Avqust 2014

Batistutanın ayağı kəsiləcək? 
 
Argentina millisinin sabiq üzvü Qabriel Batistutanın səhhətində problem yaranıb.
 
Sportal.az xəbər verir ki, 2005-cı ildə karyerasını Qətərin “Əl-Ərəb” klubunda başa vuran argentinalı ulduz o vaxtdam bu yana ayağındakı ağrılardan əziyyət çəkir. Batistuta səhhətində baş qaldıran promlerlə bağlı açıqlama verib:
 
“Karyeramı başa vurandan sonra ayağımda kəskin ağrılar başladı. Gün-gündən ağrılar da artır. İndi hiss edirəm ki, bir ayağımı itirirəm. Həkimə bildirdim ki, mən gəzə bilmirəm. Ondan ayağımı kəsilməsini əvəzində protez qoyulmasını istədim. Həkim bu təkliflə razılaşmadı və cərrahiyyə əməliayyatından imtina etdi. Belə görürəm ki, səhhətim getdikcə ağırlaşır. Qısa bir müddətdə bunun qarşısı alınmasa, mənim həyatda yaşamağıma təhlükə yaranacaq.                   

Xəbər xətti