"Beşiktaş"ın braziliyalısı özünü türklərə belə sevdirdi FOTO

00:49 - 3 Sentyabr 2014

Mottadan maraqlı döymə
 
"Beşiktaş”ın Braziliyalı futbolçusu Türkiyə və İstanbul sevgisini bədəninə döydürüb.
 
Sportal.az xəbər verir ki, ötən mövsüm icarə əsasında "Beşiktaş” forması geyinən və daha sonra bütün hüququ ağ-qaralar tərəfindən alınan Ramon Motta, yeni döyməsini sosial şəbəkədə paylaşıb .
 
Braziliyalı oyunçu, Türkiyə və İstanbulun rəmzi olan fiqurları qoluna döydürüb. 26 yaşlı oyunçunun bu hərəkəti, sosial şəbəkədə "Beşiktaş” azarkeşlərindən böyük rəğbət toplayıb. Qeyd edək ki, "Fənərbaxça”nın sabiq kapitanı Aleks de Souzanın xanımı Dianne də Türk bayrağı və Boğaziçi Körpüsünü bədəninə döydürmüşdü.
 

Xəbər xətti