Baş məşqçi silahlı basqına məruz qaldı

18:45 - 6 Sentyabr 2014

Oğrular Luşemburqunun qarşısını kəsdilər
 
Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu gözlənilməz hadisə ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, “Flamenqo” klubunun baş məşqçisi Rio-de-Janeyroda bir qrup cinayətkarın təcavuzünə məruz qalıb. Əli silahlı oğrular Luşemburqunun qarşısını məşqə gedəndə kəsiblər. Hadisə yerinə kənar şəxslərin gəlməsi cinayətkarların öz çirkin əməlini həyata keçirməsinə mane olub. Ona görə də silaha əl atmayan oğrular hadisə yerindən uzqlaşıblar.  Luşemburquya basqın edən silahlı dəstəni üzə çıxarmaq üçün hüquq mühafizə orqanları artıq araşdırmalar aparır.    

Xəbər xətti