Azərkeşlər bu dəfə də qapıçının başını yardılar

00:50 - 7 Sentyabr 2014

Futbol arenasında növbəti münaqişə
 
Azarkeşlər futbolçunun başını yarıb.
 
Sportal.az xəbər verir ki, "Boka Xuniors"un qapıçısı Aqustin Orion fanatların hədəfinə çevirilib.
 
Hadisə "Rosario Sentral" - "Boka Xuniors" oyununda baş verib. "Copa Sudamericana" turniri çərçivəsində baş tutan və 1:3 hesabı ilə başa çatan oyunda meydan sahiblərinin azarkeşləri tərəfindən atılan daş qolkiperin başına dəyib.
 
Başından qan axan Orion hakimə tərəf qaçıb və sona yerə yıxılıb. İlkin tibbi yardımdan sonra qapıçı oyunu davam etdirib.

Xəbər xətti