Bu milli komandada cəmi iki peşəkar futbolçu var

13:16 - 9 Sentyabr 2014

Heyətdə yer alan futbolçular müftəlif peşə sahibləridi

 

"Avro-2016"nın seçmə mərhələsində iştirak edən Cəbəli-Tariq komandasında cəmi iki şəxs peşəkar futbolçudur.

Sportal.az xəbər verir ki, Cəbəli-Tariq televiziya kanalı Polşa ilə görüşdə iştirak edən futbolçuların əsil peşələrini  açıqlayıb. Həmin şəxslərdən cəmi ikisinin - Visemen və Valkerin peşəkar futbolla məşgul olduğu qeyd olunub. Digərləri isə müxtəlif peşə sahibləridi. Heyətdə yer alan futbolçular arasında polis, satıcı, gömrük işçisi, akademiya direktoru var.

Qeyd edək ki, Cəbəli-Tariq - Polşa matçı ikincilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti