Braziliya millisinin üzvü məhkəmədə

02:45 - 11 Sentyabr 2014

Jurnalist Eliası ittiham edir
 
Braziliya millisinin və “Korintians” klubunun üzvü Elias “Ole do Brasil” portalının əməkdaşını məhkəməyə vermək qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, buna səbəb jurnalistın Eliası ittiham etməsi olub. “Ole do Brasil” saytının nümayəndəsi müdafiəçi Selesao Maykonun Braziliya yığmasından kəınarlaşdırılımasında Eliası günahkar hesab edir. Jurnalistin saytda dərc etdiyi məqaləyə dözməyən Elias belə deyib:
 
“Həmin məqaləni yazan jurnalist bunun cavabını məhkəmədə verməli olacaq. Artıq mənim vəkilim bu məsləylə bağlı araşdırma aparır. Ona  görə həm jurnalist həm də saytın rəhbəri məndən üzr istəməlidir. Bundan başqa onlar etiraf etməlidirlər ki, hardasa anlaşılmazlıq olub”.   

Xəbər xətti