Fransalı hücumçu "Mumbay Siti"ylə müqavilə bağladı
Fransa millisinin sabiq üzvü Nikola Anelka karyerasını Hindistanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, fransalı futbol ulduzu "Mumbay Siti" klubu ilə müqavilə bağlayıb. 34 yaşlı forvard azad agent statusu ilə Hindistan təmsilçisinə transfer olunub. "Vest Bromviç"lə yollarını ayıran Anelka bir müddətdir ki, özünə komanda axtarırdı. "Mumbay Siti"dən təklif alan hücumçu vaxtıyla yığmada oynayan komanda yoldaşlarının yanına yollanıb. Hazırda David Trezege ilə Rober Pires də sözügedən klubun şərəfini qoruyurlar.
saytlarin hazirlanmasi