Asamoa Qyan dostunu qətlə yetirib

03:30 - 25 Sentyabr 2014

Qana millisinin hücumçusu həbs oluna bilər   
 
Qana milli komandasının hücumçusu Asamoa Qyan yaxın dostu reper Kastronun ölümündə günahkar hesab olunur.
 
Sportal.az xəbər verir ki, ötən yay rəfiqəsiylə Qanaya yollanan Kastro Qyanın ailəsi birlikdə istirahət mərkəzlərinin birində dincəlib. Həmin məkanın yaxınlğında dənizə xizək sürməyə yollanan cütlük elə o günü yoxa çıxıblar. Kastro ilə rəfiqəsinin cəsədi dənizdən çıxmayınca,mühafizə orqanları araşdırmalara başlayıblar.
 
 
Mühafizə orqanın nümayəndələri qətlin törədilməsində Asamoa Qyanı şübhəli bilirlər. İstintaq orqanları 28 futboçunu dostunun qətilində günahkar hesab edərək, ondan izahat tələb ediblər. Lakin futbolçu ona qarşı yürüdülən ittihamları qəbul etməyərək izahat verməkdən imtina edib.
 
 
Onun belə addım atması istintaqçıların əlinə futbolçudan şübhələnməyə əsas verib. Onsuz da qətlə bağlı ip ucunu tapa bilməyən polislər dostunun ölümündə Asamoanın əlinin olduğunu güman edirlər.Qətli törədən cinayatkarları üzə çıxarmaq üçün araşdırmalar davam edir. Əldə tutarlı faktlar olmadığından futbolçunun həbs olunması ilə bağlı qəti qərar verilməyib.     

Xəbər xətti