Yarımmüdafiəçidən açıqlama
"Mançester"(Yunayted) klubunun yarımmüdafiəçisi çıxış etdiyi İngiltərə Premyer Liqasından danışdı.
Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, bu mövsüm "Real"dan "Mançester"ə gələn Di Maria açıqlamasında bildirib :
"Mən artıq başa düşürəm ki, İngiltərə futbolu İspaniya futboluna nisbətən daha güclü və aqressiv futboldur. Burada futbolçular öz güclərini yaxşı tərəfdən göstərə bilirlər. Əsas odur ki, mən burda lmağıma çox xoşbəxtəm. Karyeramın sonuna qədər burada oynamaq istəyirəm"
"Əvvəl Argentina yığmasında meydana çıxanda rəqib komandanın heyətində Runi və van Persi kimi oyunçular görəndə oynamağa bir qədər çəkinirdim. Lakin hal-hazırda onlara bir komandada oynadığım üçün çox məmnunam."
Qeyd edək ki, Anhel Di Maria bu mövsüm "Mançester"in heyətində çıxdığı 3 oyunda 2 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi