Petr Çexdən türk azerkeşlərə ismarıc

15:20 - 9 Oktyabr 2014

AVRO-2016 matçı öncəsi danışdı

 

AVRO-2016 seçmə mərhələsi çərçivəsində Türkiyəyə yollanan Çexiya yığmasının qapıçısı Petr Çex sosial mediadan türk azarkeşlərə səslənib.

 

Sportal.az xəbər verir ki, AVRO-2008-də Türkiyəylə oynadıqları möhtəşəm oyunada toxunan  təcrübəli qapıçı öz sözlərində bunları söyləyib:

 

"Salam, İstanbul. Avropa seçmələri üçün oynayırıq. Nihat Kahveci yaxçı oyunçu idi. Lakin mən 2008-i unutmuşam. Keçmişdə deyil, gələcəkdə yaşamağı üstün tuturam."

Qeyd edək ki, Türkiyə - Çexiya qarşılaşması oktyabrın 10-u saat 23:45-də başlayacaq.

Xəbər xətti