Pol Qaskoynu həyata qaytaran xanım

00:45 - 21 Oktyabr 2014

 Mandi Tomas keçmiş futbolçunu içki aləmindən ayırdı
 
İngiltərə futbolunun əfsanələrindən biri sayılan Pol Qaskoyn həyatının ən çətin günlərindən birini yaşayırdı.
 
Sportal.az xəbər verir ki, futbolla vidalaşandan sonra Qaskoyn gecə həyatı sürərək içki düşgününə çevrildi. Bu səbəbdən də 1999-cu ildə xanımı Şerli iki usagı ilə birlikdə evi tərk edib.
 
O zaman tənha qalan Qaskoyn meylini model Kelli Undsora saldı. 2012-ci ilə qədər onunla birlikdə qalan veteran futbolçunu model də içki aləmindən ayıra bilmədi. Vəziyyət o yerə çatdı ki, səhhəti pisləşən Qaskoynu xəstəxanalrdan birinə apardılar. Həmin zaman sabiq futbolçunun yanında 47 yaşıl xanım Mandi Tomas oldu. Onun köməkliyi ilə Qaskoyn içkidən əl çəkərək yavaş-yavaş özünə gəlir.      

Xəbər xətti