Belçika çempionatında inanılmaz hakim səhvi
Belçika çempionatında “Genk” – “Lierse” komandaları arasındakı qarşılaşmada hakim kobud səhvə yol verib.
Sportal.az xəbər verir ki, “Genk” hesabda 1:0 irəlidə olarkən hakim ev sahiblərinin qapı xəttini keçməyən topunu hesaba alıb. Halbuki epizoddan da açıq-aşkar görünür ki, “Genk”li Herve Kagenin mükəmməl zərbəsindən sonra top tirə dəyərək qapı xəttindən bir metrə önə düşür. Hakimin bu ciddi səhvi nəinki Belçikada, dünyada böyük əks-səda yaradıb.
Qeyd edək ki, bu qarşılaşmada “Genk” rəqibini 3:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi