FİFA-nın qərarı Türkiyədə tətbiq olunur
Türkiyədə ilk dəfə olaraq hicablı qadın hakim futbol matçına təyinat alıb.
Sportal.az xəbər verir ki, FİFA-nın oktyabr ayında qəbul etdiyi qərardan sonra Türkiyədə bu yenilik tətbiq olunmağa başlayıb. Buhra Yurdakul adlı xanım U-15 liqasında "Demirspor"- “Sandıklıspor” qarşılaşmasında yan xətt hakimi olub.
Qeyd edək ki, FİFA-nın yeni qərarına əsasən, qadın hakimlər və futbolçuların meydana hicabla çıxmasına icazə verilir.
saytlarin hazirlanmasi