"Parma"nın sabiq üzvləri maliyyə yeyintisində ittiham olunur
İtaliya prokurorluğu “Parma” klubunun sabiq 26 üzvünə cinayət işi açıb.
Sportal.az xəbər verir ki, məsulliyyətə cəlb olunacaq şəxslər arasında bir vaxtlar “Parma”da forma geyinmiş tanınmış futbolçular da var. Prokuror Paola del Montenin sözlərinə görə, 2000-ci ildə klubun sponsoru “Parmalıat” firmasının müflis olmasında bir sıra şəxslərin əli var. “Parmalat”ın həmin il ayırdığı 10 miyon avro vəsait kluba xərcləndiyi ilə bağlı sənədlər arasında yer almayıb.
Hüquq mühafizə orqanları bu maliyyənin bəzi şəxslər tərəfindən mənimsəndiyi iddia edir. Bu məsələdə günahkar klubun sabiq direktoru və aparıcı futbolçuları hesab olunur. Ernan Krespo, Xuan Sebastyan Veron, Faustina Asprilya, Lilliam Türam və Xristo Stoiçkov kimi tanınmış futbolçuların adları maliyyə yeyintisində hallanır.
saytlarin hazirlanmasi