30 yaşlı hücumçu evləndi
Rusiya ÇSKA-sındakı oyunu ilə daha çox yaddaşlarda qalan və hal-hazırda Çinin "Şandun Lunen" klubunda çıxış edən hücumçu Vaqner Lav ailə həyatı qurub.
Sportal.az xəbər verir ki, futbolçu bu barədə öz "facebook" hesabından məlumat yayıb. Vaqner Lav yazdığı statusda bunları qeyd edib:
"Biz çoxdan evlənməliydik. Bizim ürəyimiz daim bir idi. Nəhayət ki, rəsmi şəkildə ailə həyatı qurduq. Çox xoşbəxtəm. Prinsesamı çox sevirəm"
saytlarin hazirlanmasi