Jervinyonun villası qarət olundu

01:45 - 28 Dekabr 2014

Oğrular futbolçunun bahalı saatını və pullarını apardı 
 
“Roma” klubunun aparıcı üzvü Jervinyonun evi qarət olunub.
 
Sportal.az xəbər verir ki, Kot d`Uvar millisi ilə Afrika millətlər kubokuna yollanan futbolçunun yoxluğundan istifadə edən oğrular onun Romadakı villasına basqın ediblər. Cinayətkar dəstə futbolçunun evindən bahalı saatını və on mindən artıq avro pul oğurlayıb.
 
Evin qarət olunmasını polislərə ilk olaraq futbolçunun qardaşı məlumat verib. Oğruların yaxalnması üçün araşdırma aparan hüquq orqanları Jervinyonun turnirdən geri qayıtmasını gözləyir.             

Xəbər xətti