Futbolçuya sui-qəsd hazırlayanlar kimdir?
İsveç polisi PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin yaşadığı evin yaxınlığında partlayıdıcı maddə aşkar edib.
Sportal.az xəbər verir ki, mühafizə orqanları futbolçunun Malmö şəhərində yerləşən villasını lentlə əhatəyə alaraq insanların ordan keçməsinə qadağa qoyub. Polislər bombanı zərərsizləşdirdikdən sonra məsələni araşdırmağa başlayıb.
Mühafizə orqanları güman edir ki, partlayıcını İbrahimoviçin evinin yaxınlığına heyvanları müdafiə edən şəxslər qoya bilər. Bu yaxınlarda futbolçunun 500 kq maralı ovlaması heyvanları sevən insanları qəzəbləndirib. Odur ki, polislər futbolçuya qarşı sui-qəsdin hazırlanması heyvanları sevən insanlardan gəldiyi güman olunur.
saytlarin hazirlanmasi