Xorvatiyalı müdafiəçinin oyuncaq kolleksiyası

00:40 - 15 Yanvar 2015

"Liverpul"un futbolçusu  “Kinder Sürpriz”dən çıxan oyuncaqları yığır
 
“Liverpul”un müdafiəçisi Deyan Lovren oyuncaq kolleksiyasını nümayış etdirib.
 
Sportal.az xəbər verir ki, 25 yaşlı xorvatiyalı futbolçu “Kinder Sürpriz”dən çıxan oyuncaqları sosial şəbəkəsində paylaşıb. Lovren açıqlamasında oyuncaqlara olan həvəsini gizlətməyib:
 
“Mən oyuncaqları xoşlayıram. Hələ uşaqlıqdan oyuncağa böyük həvəsim olub. Ona görə də “Kinder Sürpriz” yumurtadan çıxan oyuncaqları toplayıb özümə bir kolleksiya düzəltmişəm”.   

Xəbər xətti