Futbol sevgisi
Almaniyada futbolçu infarkt keçirməsinə baxmayaraq futbola qayıdıb.
Sportal.az xəbər verir ki, üçüncü liqa klubu "Ştuttqart Kiker"in formasını geyən Daniel Engelbrext infarkt keçirdikdən sonra 4 dəfə əməliyyat olub.
Əməliyyatlar sonrasında ürəyinə ritmi tənzimləyən cihaz birləşdirilib. 24 yaşındakı alman futbolçu müalicəsinin ardından futbola təkrar qayıdıb.
Futbolçu çıxdığı oyunda hətta qol da vurub və komandasına qələbə gətirib.
Azarkeşlər tərəfindən böyük rəğbət görən futbolçu sevincindən göz yaşlarına hakim ola bilməyib.
saytlarin hazirlanmasi