PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç yenə diqqətləri öz üzərinə cəlb edib.
Sportal.az xəbər verir ki, hücumçu Fransa çempionatının 23-cü turunda "Renn"lə qarşılaşmada (1:0) rəqibinə qarşı kobudluq edib.
Daha sonra hakim Zlatanı yanıana çağırıb, ancaq o, hakimin tələbini yerinə yetirməyib. Sonda hakim özü İbrahimoviçə yaxınlaşaraq, ona şifahi xəbərdarlıq edib.