Di Mariyanın evini qarət etmək istədilər, ailəsi ilə birlikdə...

13:10 - 2 Fevral 2015

"Lester"lə oyundan sonra...

 

"Mançester Yunayted"in argentinalı ulduz futbolçusu Anxel Di Mariyanın evinə oğrular tərəfindən hücum olunub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Lester" (3:1) matçından bir neçə saat sonra Di Mariyanın evini qarət etmək istəyiblər, lakin içəri daxil olarkən siqnalın ötməsi oğruların bu addımı atmasından vazkeçirib. Futbolçu ailəsi ilə birlikdə dərhal evi tərk edib, hadisə yerinə polis gəldikdən sonra isə hər şey qaydasına düşüb.

Xəbər xətti